Ana dili (yazı), Rus və İngilis dilləri

Müasir təlim metodlari ilə qurulmuş bağçada həftədə 3 dəfə ingilis və rus dili öyrədilir. Bağçaya 3 yaşdan məktəbəqədər yaş arası azərbacan və rus bölmələrinə uşaq qəbul olunur. 

Bağçamız Azərbaycan Respublikasının qanun və qərarlarına tabe özəl müəssisədir. Təhsil dili Azərbaycan və Rus dillərindədir. Məqsədimiz uşaqların həm öz dillərini ən yaxşı şəkildə anlayıb danışmalarını təmin etmək, həm də Ingilis və rus dilini yaxşı başa düşüb və danışmalarını təmin etməkdir. Dili öyrənmənin ən yaxşı yolu da hamımızın bildiyi kimi daimi olaraq o dili eşitmək və danışmaqdır. Bağçamızda öz sahələri üzrə ixtisaslaşmış, Azərbaycan, Rus, İngilis və Türk dillərini bilən professional bir heyət çalışır. 

Təhsil modelimizin ən əhəmiyyətli xüsusiyyəti öyrətmə deyil öyrənmə mərkəzli olmasıdır. Təhsildəki məqsədimiz uşaqların fiziki, əqli, ictimai, hissi, nitq, sinir-əzələ və estetik inkişaflarının dəstəklənməsi və özünə xidmət bacarıqlarının qazandırılmasıdır. Bu yaş qrupu üçün tətbiq olunan proqram elastikdir. Müəllimlər uşaqların maraqlarını, mənliklərini, özünə inamlarını dəstəkləməklə yanaşı lazımi zehni bacarıq inkişafını nəzərə alaraq proqramlarını hazırlayırlar. Məktəbəqədər pedaqoqlar onların aktiv öyrənən və araşdıran fərdlər olması üçün proqram hazırlayırlar. Tətbiq olunan proqram uşaqların özləri, başqa insanlar və ətrafları haqqında araşdırma etmələrinə, oynama və bir çox materialla işləmələrinə imkan verir. Bağçamız uşağın araşdıra bilməsi və oynaya bilməsi üçün lazımlı təchizata sahib olan sinif içi və sinifdən xarici sahələrə malikdir.

Bizimlə Əlaqə

Ünvan: Asif Məhərrəmov küç., 33 B, Bakı, Azərbaycan
Tel: (+99412) 437 95 83
Mob: (+99450) 214 28 81
(+99455) 335 41 83

Bizə Yazın

2013-2019 © “Addım-Addım” Uşaq İnkişaf Mərkəzi