3D Filmlər

Elm və texnika inkişaf etdikcə televiziya texnologiyası sektorunda da ciddi irəliləyişlər əldə olunmaqdadır. LCD, LED və Plazma televizorları müasir texnologiyaların yeni nəsli kimi gündəlik məişətimizdə geniş şəkildə istifadə olunmaqdadır. Artıq teleterminologiyaya yeni anlayış daxil olub: 3D texnologiyası.

3D (3 dimension-ing.) ingilis dilindən tərcümədə “üçölçülü” deməkdir. Yəni hündürlük, en və dərinlik. İndiyəqədərki televiziyalarda biz görüntünü yalnız iki ölçüdə (hündürlük və en) görə bilirdik. Dərinlik yeni ölçü kimi teletexnologiyaya daxil olub. Bu, görüntünün real həyatda olduğu kimi və ya buna maksimum yaxın şəkildə görməyə imkan verir. Başqa sözlə desək, 3D texnologiyası (bu, “stereoskopiya” da adlandırılır) görüntünü daha canlı şəkildə izləməyə xidmət edir.

Artıq müasir kinolar 3D texnologiyasına uyğun şəkildə istehsal olunmaqdadır. Mərkəzimizdə uşaqlara 3D film və cizgi filmləri yüksək texnologiyalı televizorlarda izlədilir. Uşaqlar istirahət vaxtını 3D filmlərini izləməklə keçirirlər.

Bizimlə Əlaqə

Ünvan: Asif Məhərrəmov küç., 33 B, Bakı, Azərbaycan
Tel: (+99412) 437 95 83
Mob: (+99450) 214 28 81
(+99455) 335 41 83

Bizə Yazın

2013-2019 © “Addım-Addım” Uşaq İnkişaf Mərkəzi